Bazar, 03 June 2018 14:12

İsrail qırıcıları Qəzzəyə raket zərbələri endiriblər+Video

İsrail qırıcıları Qəzzəyə raket zərbələri endiriblər+Video

İsrail qırıcıları bazar günü, günün ilk saatlarında Qəzzə zolağında bəzi məntəqələri hədəfə alıblar.

İRNA-nın məlumatına görə, İsrail qırıcıları bazar günü, günün ilk saatlarında Rəfəh şəhərinin qərb hissəsinə bir neçə dəfə raket zərbələri endiriblər. 

Bundan öncə isə İsrail ordusu Qəzzə şəhərinin şərq hissəsinə artilleriya zərbələri endirmişdi. 

Digər tərəfdən Əl-Məyadin informasiya kanalı may ayının ortalarında "Qayıdış Haqqı" yürüşləri zamanı İsrail hərbçilərinin atəş açması nəticəsində xəsarət alan Məhəmməd Nəim Həmadənin yaralarının ağırlığı üzündən həyatını itirməsindən xəbər veriblər. 

Qayıdış Haqqı yürüşlərinə 30 mart, Torpaq Günündən start verilib və hələ də davam edir. 

Qayıdış Haqqı yürüşlərində indiyə kimi 120 fələstinli şəhid edilib, 13 min nəfər isə yaralanıb. 

Fələstinin Səhiyyət Nazirliyinin bildirdiyinə görə, şəhid olanlar arasında 13 uşaq da var. Həmçinin, yaralılar arasında iki mindən çox qadın və uşaq var. 

Bir çox ölkə o cümlədən İran İslam Respublikası habelə, beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini qınayıb. 

Media

Şərh yaz


Məxfi kod
Yenilə