Şənbə, 02 June 2018 09:30

Qəzzədə 10-cu Qayıdış Haqqı yürüşündə 1 şəhid, 100 yaralı+video

Qəzzədə 10-cu Qayıdış Haqqı yürüşündə 1 şəhid, 100 yaralı+video

Fələstin İnformasiya Mərkəzi cümə gecə Qəzzə zolağında Qayıdış Haqqı böyük yürüşünün 10-cu cüməsində bir fələstinli qadın həkimin şəhid olması və 100 nəfərin yaralanmasından xəbər verib.

Fars Xəbər Agentliyinin məlumatına görə, doktor Rozan Ən-Nəccar cümə günü sionist hərbçilərin Qəzzə zolağının cənubunda Xan Yunusda atəş açması nəticəsində şəhid olub. 

O Qayıdış Haqqı dinc yürüşündə yaralıların vəziyyəti ilə maraqlanırdı. 

Yaralılar arasında bir neçə qadın və uşaq da vardır. 

Fələstinin tibb dairələri yaralılardan bəzisinin vəziyyətinin ağır olduğunu bildiriblər. 

Qayıdış Haqqı dinc yürüşü ötən 30 martdan Torpaq Günü münasibəti ilə Qəzzə zolağında başlanıb və davam etməkdədir. 

30 martdan bəri bu yürüşlərdə 120-dən ox fələstinli sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub, təxminən 13 min nəfər də yaralanıb. 

Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, şəhidlər arasında 13 uşaq da vardır. 2 mindən çox uşaq və min qadın da yaralılar arasındadır. 

Bir çox ölkə, o cümlədən İran İslam Respublikası, həmçinin beynəlxalq dairələr sionistlərin bu cinayətlərini qınayıblar. 

Torpaq Günü 1976-cı il 30 martda fələstinlilərin ərazisinin müsadirə olunması ilə əlaqədar sionist rejimin qərarını xatırladır. Fələstinlilər hər il həmin gündə yürüş keçirirlər. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə etməklə və sionist sakinli qəsəbələr salmaqla Fələstin ərazilərinin coğrafi quruluşunu dəyişmək, bu bölgələrə sionist görünüşü vermək niyyətindədir. Belə ki, Fələstin ərazilərinə nəzarətini təsbit etmiş olsun. 

Media

Şərh yaz


Məxfi kod
Yenilə