Şənbə, 26 May 2018 13:28

Qayıdış Haqqı yürüşünün 9-cü cüməsi+Video

Qayıdış Haqqı yürüşünün 9-cü cüməsi+Video

Fələstinin Səhiyyə Nazirliyi cümə gecə Qəzzə zolağında Qayıdış Haqqı böyük yürüşlərinin 9-cu cüməsində 86 fələstinlinin yaralandığını bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi xatırladıb: Yaralılar arasında çoxlu sayda uşaq və qadın da vardır. 

Fələsitnin tibb dairələri də bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildiriblər. 

Qayıdış Haqqı dinc yürüşü 30 martdan Torpaq Günü münasibəti ilə Qəzzə zolağında başlanıb və davam etməkdədir. 

30 martdan indiyədək sionist hərbçilərin atəş açması nəticəsində bu yürüşlərdə 120-dən çox fələstinli şəhid olub, təxminən 13 min nəfər də yaralanıb. 

Fələstinlilərin Torpaq Günündə yürüşü sionist rejimin 30 mart 1976-cı ildə fələstinlilərin ərazilərinin müsadirə edilməsinə dair qərarını xatırladır. Bu yürüşlər hər il keçirilir. 

Media

Şərh yaz


Məxfi kod
Yenilə