Cümə, 18 May 2018 21:00

120 min fələstinli Əl-Əqsada Ramazan ayının ilk cümə namazını qıldı+Foto

120 min fələstinli Əl-Əqsada Ramazan ayının ilk cümə namazını qıldı+Foto

Fələstinlilər İsrail rejiminin törətdiyi çətinliklər və maneələrə baxmayaraq, Ramazan ayının ilk cümə namazını qılmaq üçün Əl-Əqsa məscidinə axın ediblər.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, on minlərlə fələstinli səhərin sübh radələrindən etibarən İordan çayının qərb sahili və Qüds arasındakı hərbi nəzarət məntəqələrini keçərək Əl-Əqsa məscidinə gəliblər.

Qüdsün Köhnə şəhər bölgəsinin yaxınlığındakı yollarda hərəkəti məhdudlaşdıran İsrail rejiminin polisləri, avtobuslar başda olmaqla, heç bir nəqliyyat vasitəsinin keçməsinə icazə verməyiblər.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, təxminən 120 min fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb.

Cümə namazından sonra, İsrail rejiminin əsgərləri tərəfindən Qəzza sərhədindəki dinc aksiyalarda şəhid edilən onlarla fələstinli üçün qiyabi cənazə namazı qılınıb.

Qüds və Fələstinin müftisi Şeyx Məhəmməd Hüseyn bugünkü cümə xütbəsində, ABŞ-ın prezidenti Donald Trampa iradlarınlı bildirərək, onun adını bu mübarək məkanda səsləndirməkdən Allaha pənah aparıram deyib.

ABŞ Səfirliyinin Qüdsdə köçürülməsini pisləyən Şeyx Hüseyn, açılışı keçirilən yeni məkanın bir ABŞ müstəmləkəsi və bir yaşayış məntəqəsi olduğunu bildirib.

Şeyx Hüseyn İslam dünyasına Qüdsə və Əl-Əqsa məscidinə sahib çıxmaq və bu çərçivədə birgə addım atmaq üçün səslənərək, fələstinlilərin bu gün İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Növbədənkənar İclasından bu istiqamətdə bir qərar çıxmasını gözlədiyini söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə