Cümə axşamı, 26 Aprel 2018 22:04

HRW: “İsrail rejiminin fələstinlilərin məktəblərini dağıtması cinayətdir”

HRW: “İsrail rejiminin fələstinlilərin məktəblərini dağıtması cinayətdir”

Human Rights Watch (HRW) təşkilatı sionist İsrail rejiminin qüvvələrinin İordan çayının qərb sahilindəki Fələstin məktəblərini dağıtmasını müharibə cinayəti kimi qiymətləndirib.Reuters

HRW aprelin 25-i verdiyi bəyanatında, İsrail rejiminin İordan çayının qərb sahilindəki fələstinlilərin məktəblərini dağıtması və yeni məktəblərin inşasına icazə verməməsi səbəbilə minlərlə fələstinli uşağın təhsil almasının çətinləşdiyini bildirib.

HRW, həmçinin İsrail rejiminin fələstinlilərin təhsil hüququnu amansızcasına pozduğunu qeyd edib.

 

Təşkilat İsrail rejimi tərəfindən dağıldılma təhdidi ilə üzləşən Fələstin məktəblərinin əksəriyyətinin İordan çayının qərb sahilindəki C bölgəsində yerləşdiyini qeyd edib.

Xatırladaq ki, İsrail rejimi 2010-cu ildən etibarən 16 Fələstin məktəbini dağıdıb. Bundan başqa, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun vəzifəyə gəldiyi 2009-cu ildən etibarən Şərqi Qüds və İordan çayının qərb sahilində fələstinlilərə aid 5351 bina dağıdılıb.

Şərh yaz


Məxfi kod
Yenilə