Bazar, 15 Aprel 2018 22:39

Fələstinlilər Suriya xalqına dəstək aksiyası keçiriblər

Fələstinlilər Suriya xalqına dəstək aksiyası keçiriblər

Minlərlə fələstinli Ramallahda yürüş təşkil edərək, Suriya xalqı və hökuməti ilə öz həmrəyliyini elan edib.

Bu gün Ramallahda Suriya xalqı və hökumətini himayə məqsədilə təşkil edilən yürüşdə fələstinlilər ABŞ və müttəfiqlərinin Suriya əleyhinə hücumunu qınayıblar. Onlar həmçinin, bu cinayəti alqışlayan ölkələrə xüsusilə də Ali-Səud rejiminə “ar olsun” deyiblər.

Fələstinlilər Suriya hökuməti və xalqına dəstək yürüşü təşkil edərək, ABŞ, Britaniya və Fransanın müqavimət cəbhəsinə zərbə vurmaq məqsədilə Suriyaya olan raket hücumlarını qınayıblar. Həmrəylik nişanəsi olaraq Fələstiin və Suriya bayraqlarını bir yerdə dalğalandıran yürüş iştirakçıları, daha sonra ABŞ bayrağını yandıraraq, Suriya hökuməti, xalqı və müqavimət cəbhəsinə dəstək veriblər.

Yürüşdə iştirak edən bir Fələstinli aktivist Suriyanı müqavimət cəbhəsinin alınmaz qalası adlandırıb və deyib: Elə buna görədir ki, bu gün Suriya dünya imperializminin, İsrailin və Ərəbistanın aşkar düşmənçilikləri və vəhşicəsinə olan hücumlarının hədəfiniə çevrilib.

Fələstinlilər Ramallahda keçirilən bu yürüşdə ABŞ-ın Suriyaya qarşı raket hücumlarını alqışlayan ölkələr o cümlədən Ərəbistan əleyhinə də şüarlar verərək, bu ölkələrə qarşı öz qəzəb və nifrətlərini bəyan ediblər.

Yürüş iştirakçıları daha sonra bütün ərəb və islam ölkələri və xalqlarını Suriyaya edilən hərbi hücum müqabilində müqavimət cəbhəsini dəstəkləməyə və Amerikan terrorizminə qarşı mübarizədə həmrəyliyə dəvət ediblər.

Fələstin xalqının daim Suriya dövləti, xalqı və müqavimət cəbhəsinin kənarında olacağına təkid edən fələstinli aktivist ABŞ-ın Suriya əleyhinə hücumunu da vəhşilik və cinayət adlandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə