Cümə, 06 Aprel 2018 18:45

Fələstinlilər Qəzza sərhədindəki çadırlara toplaşdı+Foto

Fələstinlilər Qəzza sərhədindəki çadırlara toplaşdı+Foto

Fələstində sionist İsrail rejiminin işğalına qarşı başladılan “Böyük qayıdış yürüşü” aksiyaları davam edir. "Palinfo"  xəbər verir ki, bu gün də “Şin yandırma cüməsi” elan edilərək, işğala qarşı aksiyaların keçiriləcəyi bildirilib. İsrail rejiminin ordusunun sərhəddə yerləşdirdiyi snayperlərin nümayişçiləri hədəfə almasını çətinləşdirmək məqsədilə aksiyanın keçirildiyi ərazidə şinlər yandırılacağı üçün bu günün belə adlandırıldığı qeyd olunub.

Verilən məlumatlara görə Qəzzada yüzlərlə insan səhərin sübh saatlarından etibarən sərhəd boyu qurulmuş çadırlara toplaşaraq, sübh namazlarını bu çadırlarda qılıblar.

Qayıdış yürüşlərini və blokadanı yarmaq tədbirlərini təşkil etmək məqsədilə yaradılmış Milli Komitə, fələstinliləri şəhidlərin dəfni və anılması üçün keçiriləcək mərasimlərdə iştirak etməyə səsləyib. Milli Komitə aksiyaların qarşıdurma məqsədilə deyil, dinc aksiya məqsədli olduğunu qeyd edib.

Palinfo-nun müxbirlərinin verdiyi məlumata görə, şəhidlərin anım mərasimləri bu gün (6 aprel) günorta namazından sonra “Böyük qayıdış yürüşü” çadırlarında təşkil olunacaq.

Bu arada, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf Əl-Kudra yazılı açıqlama verərək, "Böyük qayıdış yürüşü" vaxtı İsrail rejiminin əsgərləri tərəfindən yaralanan fələstinli Sair Məhəmməd Rabianın şəhid olduğunu bildirib.

 

Rabianın şəhid olması ilə cümə günündən etibarən Qəzzada İsrail rejiminin əsgərlərinin şəhid etdiyi fələstinlilərin sayı 22-yə yüksəlib.

 

Bugünkü aksiyalarda indiyə qədər sionistlərin hücumları nəticəsində 3 gəncin Cibaliyanın şərqində, bir gəncin də Qəzza şəhərinin şərqində yaralandığı və yerli xəstəxanalara yerləşdirildikləri bildirilib.

Şərh yaz


Məxfi kod
Yenilə