Bazar ertəsi, 12 Fevral 2018 19:54

HƏMAS İsrail rejiminin pilotsuz təyyarəsini ələ keçirdi

HƏMAS İsrail rejiminin pilotsuz təyyarəsini ələ keçirdi

HƏMAS-ın hərbi qanadı İzzədin Əl-Qəssam briqadaları fevralın 11-i Qəzzanın şimalındakı Beytullahim mahalının şərqində İsrail rejiminə aid bir PUA-nı (pilotsuz uçan aparat) vurduğu bildirilib.Palinfo

HƏMAS hərəkatının mənbələrindən əldə edildiyi məlumata əsasən, Qəzza üzərində uçan və çəkiliş aparan PUA vurularaq, ələ keçirilib.

HƏMAS əvvəllər də sərhəd boyu və Qəzza üzərində uçan PUA-lardan bəzilərini yerdən atəş açaraq və ya uzaqdan texniki müdaxiləilə yerə salmışdı.

Açıqlamada, İsrail rejiminin ordusuna aid PUA Qəzza üzərində və sərhəd bölgəsində uçaraq Fələstin müqavimətinin hərəkətləri haqqında kəşfiyyat məlumatları topladığı qeyd olunub.

Beytullahimin şərqində yerə salınan PUA-nın Fantom modelli olduğu qeyd olunsa da, İsrail rejimi mediasında məsələ ilə bağlı hələ ki, hər hansı bir xəbər verilməyib.

Bu arada, Quds Press xəbər agentliyinə açıqlama verən şahidlər, Fələstin mücahidlərinin bölgə üzərində çəkiliş aparan PUA-nı atəş açaraq yerə saldığını və bir qrup mücahidin Cibaliya mahalının şərqinə düşən PUA-nı ələ keçirdiyini deyib.

Şərh yaz


Məxfi kod
Yenilə