Cümə, 09 Fevral 2018 23:15

Fələstin xalqı Qüdsə dəstək və şəhid Əhməd Cərrara sədaqət cüməsi keçirdi+Foto

Fələstin xalqı Qüdsə dəstək və şəhid Əhməd Cərrara sədaqət cüməsi keçirdi+Foto

Fələstin xalqı bugünkü cümə gününü Qüdsə dəstək və şəhid Əhməd Cərrara sədaqət şüarı ilə keçirib.

"Palinfo" xəbər verir ki, fevralın 9-u Qəzza, Qüds və İordan çayının qərb sahilindəki Əl-Xəlil, Tulkərəm, Kalkilya, Cənin, Birə, Ramallah, Kalandiya, Beytullahim və Nablus şəhərlərində küçələrə çıxan minlərlə fələstinli işğalçı İsrail rejiminin qüvvələrinin zorakılığına məruz qalıblar.

 İlkin məlumatlara görə, Qəzza, Qüds və İordan çayının qərb sahilindəki bölgələrdə 10 fələstinli yaralanıb. Qarşıdurmaların getdikcə şiddətləndiyi bildirilir.

Qeyd edək ki, Fələstinin İslami Cihad hərəkatı bugünkü cümə gününü “Qüdsə dəstək və şəhid Əhməd Cərrara sədaqət” şüarı ilə keçiriləcəyini elan etmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə