Çərşənbə, 17 Yanvar 2018 16:32

ABŞ Fələstinə etdiyi yardımı kəsdi

ABŞ Fələstinə etdiyi yardımı kəsdi

ABŞ-ın Dövlət Departamenti Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsini yenidən nəzərdən keçirmək üçün təxirə saldığını açıqlayıb.

" Reuters" xəbər verir ki, dövlət departamentinin sözçüsü Hezer Nort gündəlik mətbuat brifinqində belə bir açıqlama ilə çıxış edib: “ABŞ yenidən nəzərdən keçirmək üçün Fələstinə veriləcək 65 milyon dollarlıq yardımı təxirə salıb”.

Yardımın təxirə salındığını, ancaq ləğv edilmədiyini bildirən H.Nort, Vaşinqtonun bəzi dəyişikliklərin edilməsini gözlədiyini deyib.

H.Nort 65 milyon dollarlıq yardımın təxirə salınmasına baxmayaraq, qalan 60 milyon dollarlıq yardımın BMT-nin Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) veriləcəyini bildirib.

Sözçü Tramp rəhbərliyinin qəbul etdiyi bu qərarın BMT-də keçirilən Qüds səsverməsi ilə əlaqədar olmadığını iddia edib.

Şərh yaz


Məxfi kod
Yenilə