Cümə, 12 Yanvar 2018 20:19

BMT, Aİ və Britaniya İsrail rejimini Fələstin torpaqlarında binalar inşa etməsini qınadı

BMT, Aİ və Britaniya İsrail rejimini Fələstin torpaqlarında binalar inşa etməsini qınadı

BMT, Avropa İttifaqı və Böyük Britaniya, İsrail rejiminin işğalı altındakı Fələstin torpaqlarındakı sionist məskunlaşma yerlərində əlavə yüzlərlə bina inşa etmək qərarını narazılıqla qarşılayıb.

 

Deyerler.org BBC-yə istinadən xəbər verir ki, BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov, İsrail rejiminin qərarının beynəlxalq hüquqa görə, qeyri-qanuni və sülhün qarşısındakı ən böyük maneələrdən biri olduğunu bildirib. N.Mladenov İsrail rejiminin rəsmilərindən bu qərarı dayandırmalarını tələb edib.

 

Avropa İttifaqı (Aİ) isə, İsrail rejiminin bu qərarının həyata keçiriləcəyi təqdirdə, Fələstin dövlətinin təhlükə altına düşəcəyini açıqlayıb.

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini Aİ-nin İsrail rejiminin sionist məskunlaşma yerləri və oxşar fəaliyyətlərinə dair çox aydın mövqeyinin olduğunu və bu mövqeyin dəyişmədiyini bildirib: “Yaşayış yerlərinə dair bütün fəaliyyətlər beynəlxalq hüquq çərçivəsində qeyri-qanunidir, iki dövlətli həlli və uzunmüddətli sülh ehtimalını zəiflədir. Aİ, İsrail rejimi rəsmilərinin bu qərarları nəzərdən keçirməsini və ləğv etməsini istəyir”.

 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə dövlət naziri Alistair Bart, İsrail rejiminin son qərarına belə reaksiya verib: “Böyük Britaniya İsrail rejiminin orqanlarının İordan çayınınn qərb sahilindəki sionist məskunlaşma məntəqələrinə qarşı planını və tenderlərin keçirilməsini şiddətli şəkildə qınayır”

 

Şərh yaz


Məxfi kod
Yenilə