Şənbə, 16 Dekabr 2017 21:31

Fələstində Trampın qərarına etiraz

Fələstində Trampın qərarına etiraz

ABŞ prezidentinin Qüdsü İsrail rejiminin paytaxtı elan etməsindən sonra, hər gün Fələstin bütün ərazilərində etiraz aksiyaları keçirilməkdədir.

İordan çayının qərb sahilinin müxtəlif şəhərləri və Qəzzə zolağı bu günlər Qüds şəhərinin sionist rejimin paytaxtı elan olunmasına dair ABŞ prezidentinin qərarının pislənilməsi istiqamətində fələstinlilərin irimiyqaslı etiraz aksiyalarının şahididir.

Bir fələstinli qadın deyib: Oğlumu Qüdsə qurban verdim. Bizim hamımız Qüdsə qurban! Qüds Fələstinin paytaxtıdır. Allahın izni ilə biz qalibik.

İşğalçıların qarşısında öz sinələrini sipər edən fələstinli gənclər məsələnin əl-Əqsa məscidinə aid olduğu zamana qədər tam fədakarlığa hazır olduqlarını bildiriblər.  ABŞ prezidentinin Qüds əleyhinə qərarından geri çəkilmədiyi zamana kimi, Fələstin xalqı sakitləşməyəcək. Fələstinlilər işğalçılarla mübarizələrini davam etdirəcəklərini vurğulayırlar.

Fələstin vətəndaşı deyib: Hamımız səhnədə olmalıyıq. İslam ümməti bir milyarddan çoxdur və sakitləşməməlidirlər. Qəzzənin bütün sakinləri Qüdsə xatir küçələrə axışıblar.

Fələstinli gənc deyib: Qüds bizimdir, islamın əziz peyğəmbərinin meraca getdiyi məkandır. Allahın izni ilə Qüdsü azad edəcəyik.

Şərh yaz


Məxfi kod
Yenilə