Cümə, 15 Dekabr 2017 21:45

Sionistlərin fələstinlilərə hücumunda 3 nəfər şəhid olub, onlarla nəfər yaralanıb

Sionistlərin fələstinlilərə hücumunda 3 nəfər şəhid olub, onlarla nəfər yaralanıb

İsrail hərbçiləri bu gün işğal edilmiş Fələstində Trampın Qüdslə bağlı qərarına etiraz edən aksiya iştirakçılarına atəş açaraq, üç fələstinlini şəhid edib, onlarla nəfəri də yaralayıblar.

Fələstin Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, İsrail hərbçiləri təcili yardım maşınlarının yaralılara kömək etməsinə mane olublar. Onlar həmçinin, şəhid edilmiş fələstinlilərin cənazələrini də təhvil verməyiblər. 54 yaşlı bir yaralı fələstinlinin isə xəstəxanaya köçürülməsinin qarşısını alıblar.

Bu arada İsrail mediaları Beyt İl məntəqəsində bir sionist hərbçinin bıcaqlanaraq, yaralanmasından xəbər veriblər.

İsrail hərbçiləri bu gün Şərqi Qüdsdə Trampın Qüdslə bağlı qərarına etiraz edən fələstinlilərə hücum ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə