Cümə, 15 Dekabr 2017 15:29

"Qəzəb Cüməsi" \ Fələstinlilər Tramp əleyhinə aksiya keçiriblər

"Qəzəb Cüməsi" \ Fələstinlilər Tramp əleyhinə aksiya keçiriblər

Fələstinlilər "Qəzəb Cüməsi"ndə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına etiraz olaraq işğal edilmiş Fələstin ərazilərində aksiya keçiriblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Beyt Ləhm şəhərində və Qələndiya yoxlama buraxılış məntəqəsində fələstinli aksiya iştirakçıları ilə sionist rejim hərbçiləri arasında toqquşma baş verib. İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına tərəf atəş açıblar. 

Bu məlumata görə, yaşanan qarşıdurma zamanı bir qrup fələstinli sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanıb. Onlarla nəfər isə İsrail hərbçilərinin zəhərli qaz bombalarından istifadə etməsi nəticəsində zəhərlənib. 

Cümə namazından sonra Əl-Əqsa məscidinin həyətində də etiraz aksiyası keçirilib. 

İsrail rejimi Qüdsdə xüsusilə Əl-Əqsa məscidininin ətrafında təhlükəsizlik tədbirlərini misli görünməmiş səviyyədə artırıb. 

İordan çayının qərb sahilində o cümlədən Ramallah və Əl-Xəlildə də Qüdsü himayə məqsəi ilə etiraz aksiyaları keçirilib. 

Şərh yaz


Məxfi kod
Yenilə