Cümə axşamı, 12 Oktyabr 2017 21:08

Fələstin hökuməti Qəzzada 3 min polis yerləşdirəcək

Fələstin hökuməti Qəzzada 3 min polis yerləşdirəcək

Fələstinin "Fəth" hökuməti Qəzza zolağında və Fələstinin digər sərhədlərində 3 minlik polis qüvvəsi yerləşdirəcək.

İslamazeri.com "YnetNews"-a istinadla xəbər verir ki, polislər Misir və İsraillə sərhəd ərazilərdə yerləşdiriləcəklər. Bu barədə razılıq HƏMAS-Fəth uzlaşma danışıqları çərçivəsində əldə edilib. Məlumatı isə danışıqların təfərrüatlarından məlumatlı olan mənbə verib.

Qeyd edək ki, bu gün uzun illər davam etmiş siyasi gərginlikdən sonra HƏMAS-la "Fəth" hökuməti arasında sülh anlaşması əldə edilib.

Şərh yaz


Məxfi kod
Yenilə