Cümə axşamı, 14 Oktyabr 2021 11:03

BMT-dən Sabra və Şatila qətliamına yenidən baxılmaq tələb edildi

BMT-dən Sabra və Şatila qətliamına yenidən baxılmaq tələb edildi

Londonda yerləşən Fələstin Qayıdış Mərkəzi (FQM) BMT-ni 1982-ci il Sabra və Şatila qətliamı ilə bağlı işi yenidən açmağa, hərtərəfli araşdırma aparmağa və xüsusi beynəlxalq məhkəmədə məsul şəxslər barəsində qanuni tədbir görməyə çağırıb. Bu barədə 39 il əvvəl Beyrutda İsrail rejimi ilə müttəfiq olan yaraqlıların Qərbi Beyrutdakı Sabra və Şatila fələstinli qaçqın düşərgələrinə basqın edərək 3500-ə qədər insanın öldürülməsi ilə nəticələnən qəddar qırğınla bağlı BMT İnsan Haqları Şurasına bu yaxınlarda təqdim olunan hesabatda deyilir.

Russian.palinfo.com-a istinadən verdiyi xəbərə görə, FQM qurbanların hüquqlarının qorunması, ailələrinə kompensasiya verilməsi və qanlı qırğınlara görə hamısının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq birliyin tam məsuliyyət daşımasının vacibliyini vurğulayib. "Bu, 1982-ci ildə İsrail rejiminin Livana hücumu zamanı, işğalçı qrupların düşərgələri mühasirəyə almasından sonra baş verdi. Qırğını həyata keçirənlər İsrail rejiminin ordu başçıları idi. Onlar işğalçı qrupları silahlarla təmin edərək, qanlı qətilləri törətməkdə kömək edib", - deyə FQM-in hesabatında deyilır.

Şərh yaz


Məxfi kod
Yenilə