Çərşənbə, 13 Oktyabr 2021 21:36

HƏMAS-ın sözçüsü: “Pompeonun açıqlamaları açıq-aşkar hörmətsizlikdir”

HƏMAS-ın sözçüsü: “Pompeonun açıqlamaları açıq-aşkar hörmətsizlikdir”

İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi Hazem Qasem ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Pompeonun Fələstin torpaqlarında sionist qəsəbələrinin tikilməsinin qanuniliyi ilə bağlı açıqlamalarını açıq-aşkar hörmətsizlik adlandırıb.

palinfo.com-in  verdiyi xəbərə görə, H.Qasem rəsmi “Tvitter” səhifəsində yazıb: "Pompeo israrla həqiqətləri təhrif etməyə çalışır və qəsəbələrin guya işğal edilmiş ərazilər olmadığını bildirir. Onun sözləri Knessetdəki münasibətlərin normallaşması tədbirində səsləndirilib. Bu, bir daha sübut edir ki, İsrail rejimi ilə münasibətlərin normallaşması sionist rejiminin düşüncələrini yayılmasına kömək edir. Eyni zamanda, BƏƏ-dən olan "normallaşdırıcılar" - xəyanətkar rejimin 50 nəfərdən ibarət qrupu bazar ertəsi (11 oktyabr) səhər yəhudi polislərinin himayəsi altında Əl-Əqsa məscidini istila edib.

 

Şərh yaz


Məxfi kod
Yenilə