Çərşənbə axşamı, 05 Oktyabr 2021 18:41

Üç aydır fələstilli məbuslar aclıq aksiyası keçirir

Üç aydır fələstilli məbuslar aclıq aksiyası keçirir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), sionist rejimin həbsxanalarında həbsdə olan və üç aya yaxın aclıq aksiyası keçirən iki fələstinli Qayed Fasfus və Miqdad Kavasmenin səhhətindəki fəlakətli pisləşmədən dərin narahatlıq keçirdiyini bildirib. Fələstinli məhbusların tələbi "inzibati edamın" ləğvi, yəni qanuni proseduralar olmadan həbs edilmə.

 palinfo.com-un  verdiyi xəbərə görə, aclıq aksiyası keçirən fələstinli məhbusların səsləri çətinliklə eşidilir. Hər ikisi ən dəhşətli obyektiv sağlamlıq göstəriciləri ilə xəstəxanaya yerləşdirilib. Artıq 82 gündür ki, Qayed Fasfus etiraz aksiyası keçirir, Miqdad Kavasmen isə 75 gündür çörəyə toxunmur. "Uzun müddət davam edən aclıq aksiyasının sağlamlıqlarına və həyatlarına potensial olaraq geridönməz təsirlərindən narahatıq. Əməkdaşlarımız aclıq aksiyası keçirən məhkumların vəziyyətini nəzarətdə saxlayır və ailələri ilə əlaqə saxlamağı təmin etmək üçün çalışır", - deyə Qırmızı Xaç Beynəlxalq Sağlamlıq Komitəsinin nümayəndəsi Robert Paterson söyləyib. BQXK səlahiyyətli orqanları məhbusları və onların nümayəndələrini insan tələfatının qarşısını almaq üçün həll yolu tapmağa çağırır.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə