Cümə, 03 Sentyabr 2021 09:27

Fələstinin BMT-dəki nümayəndəsi: “İsrail gizli şəkildə nüvə silahının hazırlığını aparır”

Fələstinin BMT-dəki nümayəndəsi: “İsrail gizli şəkildə nüvə silahının hazırlığını aparır”

Fələstinin BMT-dəki daimi nümayəndəsi sionist rejimin Qərbi Asiyada "kütləvi qırğın silahı olmayan bölgə" yaradılmasının qarşısını almaq üçün qanunsuz və gizli şəkildə nüvə silahı hazırladığını söyləyib. Riyad Mansur Beynəlxalq Nüvə Silahlarının Ləğv Edilməsi Günündə BMT-də çıxış edərək, İsrail rejiminin qanunsuz və gizli şəkildə nüvə silahı hazırladığını və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmaqdan imtina etdiyini söyləyib.

 "Palinfo"nun verdiyi xəbərə görə, fələstinli diplomat bu cür qorxunc və qeyri-insani silahların mövcudluğunun bütün dünyada günahsız insanlar üçün təhlükə yaratdığını və bu vəziyyətdə tək həll yolu olaraq, onu aradan qaldırmaqla mübarizə aparılmalı olduğunu vurğulayıb. Sionist rejimin atom potensialı 1960-cı illərdən başlayaraq Neqev çölündə “Dimona” nüvə reaktorunu işə saldığı vaxtdan dünya kəşfiyyat xidmətlərinin diqqət mərkəzindədir. Sionist rejim öz obyektlərində nüvə silahının istehsalını qəbul etməkdən imtina edib. Bu barədə iş proqramını açıqlamasa da, İsrail rejiminin keçmiş nüvə texniki Mordexay Vanunu 1980-ci illərin ortalarında İsrail rejiminin nüvə başlıqlarının görüntülərini mediada yayımladı. 2003-cü ildə sionist rejimin 100 ilə 200 arasında nüvə başlığı olduğu təxmin edilsə də, mütəxəssislərin hesablamalarına görə, hal-hazırda bu rəqəm iki dəfə artıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə