Çərşənbə, 29 Sentyabr 2021 19:29

Qüdsdə fələstinlilərlə İsrail rejiminin qüvvələri arasında toqquşmalar baş verib

Qüdsdə fələstinlilərlə İsrail rejiminin qüvvələri arasında toqquşmalar baş verib

Ötən gecə Qüdsün Əl-İssaviyə bölgəsində İsrail rejiminin qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib. Bildirildiyi kimi, çərşənbə axşamı (28 sentyabr) İsrail rejiminin ordusu işğal olunmuş Qüdsün Əl-İssəviyə bölgəsində fələstinli gənclərə hücum edib. Tulkarm və Nablus daxil olmaqla İordan çayının qərb sahillərində fələstinlilərlə sionist rejiminin hərbçiləri arasında qarşıdurmalar baş verib.

 "Deyerler.org"un Qərbi Asiya KİV-nə istinadən verdiyi xəbərə görə, Fələstin müqavimət qüvvələri Nablusun cənubundakı İsrail rejiminin nəzarət məntəqəsinə atəş açıb. Dünən (28 sentyabr) gecə sionist rejiminin qüvvələri Tulkarmda fələstinlilərin hərəkət etməsinin tıxaclara səbəb olduğunu bəhanə edərək, Əncab və Şuf şəhərlərində iki nəzarət məntəqəsini bağlayıb. Sionist rejimin işğalçı qüvvələri hər gün İordan çayının qərb sahilindəki Fələstin şəhər və kəndlərini işğal edir, icazəsiz olaraq fələstinlilərin evlərinə daxil olur, mülklərini müsadirə edir və dinc sakinləri saxlayır.

Şərh yaz


Məxfi kod
Yenilə