Çərşənbə, 29 Sentyabr 2021 19:28

İsrail rejimi Fələstin jurnalistlərinə qarşı hərbi cinayət törədir

İsrail rejimi Fələstin jurnalistlərinə qarşı hərbi cinayət törədir

“Jurnalistlərə Dəstək Komitəsi” bu il sionistlərin işğal olunmuş ərazilərdə jurnalistlərə qarşı 625 hüquq pozuntusu etdiyini açıqlayıb.

Hurseda  xəbər verir ki, komitə Ümumdünya Fələstin jurnalistləri ilə həmrəylik günü münasibətilə dünən (28 sentyabr) səhər verdiyi bəyanatında, sionist rejimin jurnalistlərə qarşı hər cür cinayəti törətdiyini, silahlı hücum, amansız həbs, təcavüz və təqiblər etdiyini bildirib.

 Məlumata görə, işğalçıların Qəzzaya 12 günlük hücumu zamanı bir jurnalist öldürülüb və 59 media mərkəzi məhv edilib.

 Jurnalistlərə Dəstək Komitəsi fələstinli jurnalistlərə dəstək və həmrəylik çağırışı edib və sionist rejimin cinayətlərinin ifşa edilməsindəki rolunu yüksək qiymətləndirib.

 Fələstin rəsmi xəbər agentliyi keçən il sionistlər tərəfindən jurnalistlərə qarşı ən azı 200 qanun pozuntusu edildiyini bildirib.

 Fələstinli jurnalistlər birliyinin hesabatına görə, fələstinli müxbirlər və fotoqraflar 2019-cu ildən bəri işğalçı qüvvələr tərəfindən ən azı 600 dəfə hücuma məruz qalıblar.

 Bu yaxınlarda Beynəlxalq Jurnalistlər Federasiyası və Fələstin Jurnalistlər Cəmiyyəti BMT-yə sionist rejimlə bağlı iki şikayət ərizəsi göndərib.

 Şikayətlərində adı çəkilən iki qurum, İsrail rejiminin ordusunun fələstinli jurnalistlərin mütəşəkkil şəkildə hədəfə alınmasının və günahkarların mühakimə olunmamasının ifadə azadlığının pozulması sayıldığını və bununla beynəlxalq hüququn açıq şəkildə pozulduğunu və hərbi cinayət olduğunu bildirib.

 Şikayətçilər 2019-cu ildə sionist silahlı hücumda gözünü itirən fələstinli jurnalist Muaz Amarnanın öldürülməsi, 2018-ci ildə Əhməd Əbu Hüseyn və Yasir Murtacinin şəhid olması və 2015-ci ildə Nidal Aştinin yaralanması ilə bağlı araşdırma aparılmasını tələb edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə