Bazar, 26 Sentyabr 2021 16:55

Şəhidlərin qanı Fələstin xalqının inqilabının davam etməsi mənbəyidir

Şəhidlərin qanı Fələstin xalqının inqilabının davam etməsi mənbəyidir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü vurğualyıb ki, Qüds və Cenin şəhidlərinin qanı Fələstin xalqının qəsbkar sionist rejimə qarşı inqilabının davam etməsi mənbəyidir.

İRİB-nin məlumatına əsasən, Əbdüllətif Qanu qərb sahilində və qəsb olunmuş Qüdsdə bir neçə fələstinlinin şəhid olmasına reaksiyada bildirib ki, şəhidlərin qanı işğalçı rejimin kökünün Fələstin torpaqlarından kəsilməsinə və bu rejimin aradan götürülməsinə yenidən təkidə səbəb olacaq və bu xalqın inqilabı və onun sionist rejim qarşısındakı iradəsi sarsılmayacaqdır.

Qanu qeyd edib ki, bu gün şəhidlərin sayının artması, Fələstin muxtariyyətinin sionist rejimlə təhlükəsizlik koordinasiyasının davam etməsi və bu muxtariyyət başçılarının,/ münasibətlərin adiləşdirilməsi üçün bir neçə gün bundan öncə Ramullahda sionist nazirlər və knesset üzvlərilə görüşlərinin nəticəsidir.

Həmas-ın sözçüsü bildirib ki, işğalçı rejimlə mübarizə və bütün vasitələrlə onun qarşısında müqavimət seçimi, sionist rejimi çaş-baş salmaq və onu öz cinayətlərini dayandırmağa məcbur etmək üçün ən yaxşı seçimdir və ona lazım olan məsələ, Fələstin muxtariyyətinin bu rejimlə təhlükəsizlik koordinasiyasının bitməsi və əlaqələrin adiləşdirilməsi üzrə görüşlərin dayandırılmasıdır.

Sionist hərbçilərin/ silahlı toqquşmalarla müşayiət olunan qərb sahilinin və Qüdsün müxtəlif bölgələrinə qarşı bu gün səhərki basqınında azı dörd fələstinli şəhid olub, bir neçə nəfər də həbs olunubdur.

Şərh yaz


Məxfi kod
Yenilə