Cümə axşamı, 08 Aprel 2021 23:16

B.Sanders Yəmən müharibəsində ABŞ-ın rolunu tənqid edib

B.Sanders Yəmən müharibəsində ABŞ-ın rolunu tənqid edib

ABŞ senatoru Yəmənin mühasirəsini dərhal dayandırmağa və bu ölkəyə humanitar yardım göndərilməsinə çağırıb. Vermont senatoru Berni Sanders Yəmən müharibəsində Vaşinqtonun rolunu tənqid edib. “ABŞ-ın dəstəyi ilə Səudiyə Ərəbistanının (Səud rejimi) Yəmənlə müharibəsi dünyanın ən pis humanitar böhranına çevrilib”, - deyə senator “Tvitter” səhifəsində yazıb.

 "Deyerler.org"un Qərbi Asiya  KİV-nə istinadən verdiyi xəbərə görə, Sanders “Tvitter” mesajında, həmkarları ilə birlikdə Bayden rəhbərliyindən, Səudiyə rejimindən Yəmənin mühasirəsinə son qoyulmasını tələb etməyi və ölkəyə lazımi yardımın göstərilməsini istəyib. Livanın Əl-Məyadin telekanalının verdiyi xəbərə əsasən, ABŞ Nümayəndələr Palatasının 77 üzvü, ABŞ prezidentini Yəmənin mühasirəsini aradan qaldırması üçün Səudiyə rejiminə təzyiq göstərməyə çağırıb. Deyerler.org

Şərh yaz


Məxfi kod
Yenilə