Cümə axşamı, 08 Aprel 2021 19:47

Çin ABŞ-a insan haqları cinayətlərini xatırladıb

Çin ABŞ-a insan haqları cinayətlərini xatırladıb

Təbriz Radiosu--Çin hökuməti yaxın günlərdə ABŞ hökumətinə ölkənin dünya xalqlarına qarşı etdiyi cinayətini xatırladıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsyan mətbuat konfransında ABŞ-ın Sincandakı insan haqları pozuntularına dair ittihamlarından danışaraq, amerikalıların bu yolla diqqəti öz ölkəsindəki insan haqları pozulmasından yayındırmağa çalışdıqlarını söyləyib.

 "Deyerler.org"un verdiyi xəbərə görə, Çin diplomatik aparatının sözçüsü ABŞ cinayətlərindən danışaraq, keçmişdə yerli amerikalıların soyqırımından tutmuş, sistematik irqçilik və müdaxilə siyasətinə toxunub. Litsyan amerikalıların 19-cu əsrdə yerli amerikalılara qarşı kütləvi məhvinə başladığını, ABŞ-dakı bu azlığın sayının 15-ci əsrdə 5 milyondan 20-ci əsrin əvvəlində 250.000-ə endiyini qeyd edib. Daha sonra sistemli irqçiliyin ABŞ-da geniş və davamlı olduğunu söyləyib. ABŞ-da qaradərililərə qarşı irqçiliyi səhiyyə, təhsil, məşğulluqda və məhkəmə sistemində görmək olar. Xatırladaq ki, Asiya amerikalılarına qarşı nifrət zəminində baş verən cinayətlərinin sayı 2020-ci ilin mart ayından etibarən 150% artmışdır. Litsyan daha sonra, Vaşinqtonun Əfqanıstanda, İraqda və digər ərəb dövlətlərində iğtişaşlara səbəb olduğunu, bu toqquşmalar nəticəsində 330 min mülki vətəndaş olmaqla 800 mindən çox insanın öldüyünü və milyonlarla insanın qaçqın düşdüyünü qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə