Cümə axşamı, 08 Aprel 2021 19:45

London xalqın Astra-Zeneka vaksinindən üz döndərməsindən qorxur

London xalqın Astra-Zeneka vaksinindən üz döndərməsindən qorxur

Təbriz Radiosu--İngiltərənin baş naziri xalqın İngiltərə-İsveç peyvəndi olan Astra-Zeneka vaksinindən üz döndərməsindən qorxaraq, bu ölkə mediaları vasitəsilə xalqı həmin vaksini vurmağa təşviq edib.

İngiltərənin baş naziri xalqın İngiltərə-İsveç məhsulu olan Oksford universitetinin Astra-Zeneka vaksinindən üz döndərməməsi üçün müəyyən tədbirlərə əl atıb. Belə ki, bir qrup ölkə bu vaksin ilə peyvəndləməni bəzi pasiyentlərdə tromboz yaratdığına görə, dayandırıbdır. Bu səbəbdən, həmin məsələ Avropa dərman agentliyində də araşdırılıb.

Medilar bu agentliyin vaksinasiya siyasəti üzrə məsul şəxsi Marko Kavaleriyə istinadla qan laxtalanması ilə Oksford universitetinin Astra-Zeneka vaksini ilə peyvəndləmə arasında əlaqənin olduğunu təsdiqləyərək, bildiriblər ki, bu məsələ açıq şəkildə məlum olubdur.

İngiltərədə hökumət qan laxtalanması da daxil olmaqla Astra-Zeneka vaksininin yan təsirləri barədə yeni statistika təqdim etməyib, amma İngiltərədə peyvənd edilən şəxslərin sayı təqribən 20 milyon nəfərə çatarkən Oksford universitetinin Astra-Zeneka vaksini ilə peyvəndlən şəxslər arasında 79 halda tromboz, 19 halda isə ölüm qeydə alınıb.

Hazırda İngiltərədə vaksinasiya olunan şəxslərin sayı 31 milyon nəfəri ötüb keçibdir. Amma İngiltərə-İsveç peyvəndinin yan təsirləri barədə yeni statistikalar xəbər verilməyibdir. İctimaiyyət arasındakı nigarançılıqlar isə yerində qalır.

m.z- Zənnimcə, çətin bir şəraitdəyik. Bir tərəfdən, COVID-19-a yoluxma barədə narahatlıq var, digər tərəfdən isə peyvəndin yan təsirləri nigaranedicidir.

İngiltərədə həmçinin Oksford universiteti ilə İsveçin Astra-Zeneka şirkətinin sınaq işi uşaqlar üzərində dayandırılıbdır ki, nəzarətçi orqan bu barədə fikir bildirmiş olsun.

Hazırda əksər Avropa ölkələrindən sonra İngiltərənin özü də otuz yaşından aşağı gənclər üzərində Oksford universitetinin Astra-Zeneka vaksini ilə peyvəndləmənin dayandırılması proqramını gündəmə gətiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə