İngiltərənin paytaxtı Londonda ötən gün baş verən aksiyalarda 107 nəfər saxlanılıb.
PressTv xəbər verir ki, saxlanılanlara qarşı müxtəlif ittihamlar irəli sürülüb.
Hətta saxlanılan bir qadın silah daşımaqda şübhəli bilinir.
Qeyd edək ki, hüquq-mühafizə orqanı əməkdaşlarının vəzifə səlahiyyətinin artırılmasına qarşı Londonda ötən gün genişmiqyaslı aksiyalar keçirilmişdi.