Çərşənbə axşamı, 30 Mart 2021 19:01

Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını yenə atəşə tutdu (Video)

Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını yenə atəşə tutdu (Video)

Təbriz Radiosu-Nigeriya xalqının ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün paytaxt Abucada keçirdiyi dinc etiraz aksiyasına polis yenə atəş açıb.

İslamicmovement - xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini dəstəkləmək məqsədilə martın 29-u paytaxtın əsas prospektinə çıxan minlərlə Zəkzəki tərəfdarlarına qarşı polis qüvvələri həqiqi güllə və göz yaşardıcı qazla müdaxilə edib.

 Polis Milli İnsan Haqları Komissiyasının binası qarşısında nümayişçilərə şiddətli atəş açaraq, Muhsin Cəfər Minna adlı nümayişçini öldürüb. Çoxlu sayda nümayişçinin yaralandığı bildirilsə də, dəqiq say hələ də açıqlanmayıb.

Media

Şərh yaz


Məxfi kod
Yenilə