Bazar ertəsi, 29 Mart 2021 22:03

Dünya şiələri Şəban bayramını qeyd edirlər+Video

Dünya şiələri Şəban bayramını qeyd edirlər+Video

Təbriz Radiosu-Bu gün (bazar ertəsi), hicri-qəməri tarixi ilə 1442-ci il Şaban ayının 15-i, 29 mart 2021-ci ilə bərabər, dünya şiələrinin on ikinci imamı olan Hz. Məhdi(ə.c) səadətli viladətinin ildönümünə təsadüf edir

SəhərAzəri xəbər verir ki,Həzrət Məhdi(əc) 255-ci hicri qəməri ili şəban ayının on beşi səhərçağı Samirra şəhərində dünyaya göz açıb. O həzrətin möhtərəm atası İmam Həsən Əsgəri(ə), anası isə Nərcis xatun olubdur.

Həzrət Məhdi(əc) dünyaya gəldikdən sonra təqribən beş il ərzində möhtərəm atası İmam Həsən Əsgəri(ə)-ın başçılığı altında yarıgizli şəkildə yaşayırdı.

Həzrət İmam Həsən Əsgəri(ə)-ın 260-cı hicri qəməri ilində şəhid olmasından sonra qısa qeybolma dövrü başlandı və 329-cu ilədək davam etdi. Bu dövrdə Həzrət Məhdi(əc) özünün dörd nümayəndəsi vasitəsilə xalqın işlərini idarə edirdi.

İmam Zaman(əc)-in böyük qeybolma dövrü də 329-cu hicri qəməri ilindən başlanıbdır.

Ötən illərdə Həzrət İmam Məhdi(əc)-in mövlud gününün ildönümündə İslami İran xalqı və dünya şiələri dini məkanlarda olur, müxtəlif şənliklər keçirir, şərbət və şirniyyatlar paylayır, mövludxanlıq və mədhiyyəxanlıq mərasimləri təşkil edir və bununla, İmam Zamanı(əc)-ə öz hörmətlərini ifadə edirdilər. Bu il isə koronavirus pandemiyasına görə, bu böyük şənliyi öz evlərində qeyd etmək qərarına gəliblər.

Media

Şərh yaz


Məxfi kod
Yenilə