Bazar, 07 Mart 2021 15:41

Parisdə koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib

Parisdə koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib

Fransa vətəndaşları koronavirus məhdudiyyətlərinin davam etməsinə etiraz olaraq, Parisdə aksiya keçiriblər.

SəhərAzəri xəbər verir ki, Fransa vətəndaşlarının aksiyası səhiyyə protokollarına və sosial məsafəyə riayət edilməməsinə görə, polis müdaxiləsi ilə müşayiət olunub.

Paris polisi bir tvitt-də yazıbdır ki, bir qrup vətəndaş tərəfindən koronavirus məhdudiyyətlərinə riayət olunmamasına görə, təhlükəsizlik qüvvələri insanların toplanışına son qoyublar.

Paris, koronavirus epidemiyası ilə bağlı böyük nigarançılıqların mövcud olduğu Fransa şəhərlərindəndir.

İndiyədək Fransada təqribən üç milyon 890 min nəfər koronavirusa yoluxub. Yoluxanların 88 min nəfərdən çoxu isə həyatını itiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə