Bazar, 07 Mart 2021 15:40

Senat böhranlı ABŞ iqtisadiyyatının xilas edilməsi planını təsdiqləyib

Senat böhranlı ABŞ iqtisadiyyatının xilas edilməsi planını təsdiqləyib

ABŞ senatı bu ölkə prezidentinin Vaşinqton iqtisadiyyatının koronavirus böhranından çıxışı istiqamətində bir trilyon 900 milyard dollarlıq layihəsini təsdiq edib.

Parstoday xəbər verir ki, ABŞ senatı demokratların əlli lehinə, respublikaçıların isə 49 əleyhinə səsləri ilə Amerika tarixinin ən iri qanuni paketlərindən birinin icra edilməsi məqsədilə, bu ölkənin prezidenti Co Baydenin koronavirus üzrə bir trilyon 900 milyard dollarlıq paket barədəki qətnamə layihəsini qəbul edib.

Belə bir halda, koronavirusun Amerikanın başına gətirdiyi bəla, iki trilyon dollarla belə, aradan götürüləsi deyil.

Bəlkə də amerikalılar hazırda «#Amerikanın_qurtuluşu_layihəsi» ilə müvəqqəti olaraq, nicat tapmış olsunlar, amma onlar gələcəkdə/ keçmişdə yığılıb qalmış borclar və büdcə çatışmazlığı cəhətdən ağır xərclər ödəyəcəklər.

Bu yardım bağlaması Baydenin imzasından öncə konqresin nümayəndələr palatası səddindən də keçməlidir.

1400 dollarlıq çeklərə şamil olan bu maliyyə yardımları paketi, koronavirus dövründə il ərzində 75 min dollardan az gəliri olan amerikalı şəxslərə və ailələrə veriləcək.

Bu himayə paketi Amerika boyu koronavirus peyvəndinin paylanmasına, məktəblərə, yerli hökumət orqanlarına və ştatlara da yardım göstərmək niyyətindədir.

Amerika 29 milyon 590 min nəfərdən çox koronavirus xəstəsi və 535 min nəfər koronavirus itkisi ilə bu virusun dünyada yayılması mərkəzi sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə