Bazar, 07 Mart 2021 09:38

Almaniya və Avstriyada koronavirus məhdudiyyətlərinə qarşı aksiyalar keçirilib

 Almaniya və Avstriyada koronavirus məhdudiyyətlərinə qarşı aksiyalar keçirilib

Almaniya və Avstriya xalqlarından minlərlə nəfər öz ölkəsində kəskin koronavirus məhdudiyyətlərinin davam etməsnə etiraz olaraq, küçələrə axışıb.

 Almaniya və Avstriya xalqları bu iki ölkənin bir qrup şəhərində aksiya keçirərək, öz ölkələrində koronavirus məhdudiyyətlərinin davam etməsnə etiraz ediblər.

Etirazçılar vurğulayıblar ki, kəskin koronavirus məhdudiyyətləri onların iş-gücünü pozubdur.

Almaniyanın Leypsiq şəhərində yüzlərlə nəfər öz avtomobili ilə küçələrdə hərəkətə başlayıb. Həmçinin Saksoniya və Saksoniya-Anhalt şəhərlərində vətəndaşlar tərəfindən oxşar etiraz hərəkəti həyata keçirilib.

Almaniyada koronavirus pandemiyasına qarşı ümumölkə vaksinasiyanın başlanmasından keçən iki ay ərzində bu ölkə əhalisinin təkcə beş faizi vaksindən azı bir doza qəbul edibdir.

Almaniya kansleri Angela Merkel elə bir halda şəraitin yaxşılaşacağını bütün vətəndaşların vaksinasiyası ilə şərtləndiribdir ki, bu ölkədə vaksinasiya prosesinin yavaş getməsi onun hökumətinə qarşı bir çox tənqidlərə səbəb olubdur.

Avstriyanın paytaxtı Vyana şəhəri də hökumətin koronavirus siyasətlərinə etiraz edən minlərlə nəfərin iştirakının şahidi olubdur.

Hökumət əleyhinə şüarlar verən aksiyaçılar Avstriyanın gənc kansleri Sebastyan Kurtsun kənara çəkilməsini tələb ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə