Şənbə, 06 Mart 2021 22:59

ABŞ birtərəfli sanksiyalarla əlaqədar xəbərdarlıq aldı

ABŞ birtərəfli sanksiyalarla əlaqədar xəbərdarlıq aldı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin mütəxəssisləri ABŞ-ı beynəlxalq insan hüquqları müqavilələrinə əməl etməyə çağırıb. Pekinin Xarici İşlər Nazirliyinin sözçüsü, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin mütəxəssislərinin cümə axşamı açıqlama yayımladığını söyləyib. “ABŞ - Çin, Rusiya, Kuba, İran və Venesuela da daxil olmaqla bir sıra ölkələrə qarşı birtərəfli sanksiyalar tətbiq edib, bu da insan haqlarının kobud şəkildə pozulmasıdır, - deyə açıqlamada qeyd edilib.

parstoday-in  verdiyi xəbərə görə, mütəxəssislər, ABŞ-ı vacib beynəlxalq insan haqları müqavilələrinə tam əməl etməyə və insan haqlarına mənfi təsir göstərməməyə çağırıb. "On milyonlarla insanı qida və dərmandan məhrum edən birtərəfli sanksiyalar yoxsulluğu, aclığı və bərabərsizliyi daha da artırır və koronavirusdan təsirlənən saysız insanın həyatını və sağlamlığını təhlükə altına alır", - deyə XİN sözçüsü Van Venbin deyib. Nazirliyin sözçüsü, Pekinin həmişə birtərəfli məcburetmə hərəkətinə qarşı çıxdığını, maraqlı olan ölkələri beynəlxalq ictimaiyyətdən ədalət tələb etməyə və birtərəfli məcburetmə tədbirlərindən imtina etməyə çağırdığını bildirib.

 

Şərh yaz


Məxfi kod
Yenilə