Bazar, 17 Yanvar 2021 22:48

Niderlandda etiraz: polis su şırnaqlarından istifadə etdi

Niderlandda etiraz: polis su şırnaqlarından istifadə etdi

Niderlandın paytaxtı Amsterdamda hökumətin koronavirus siyasətinə qarşı aksiya keçirilib.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilir ki, nümayiş qadağan edilsə də, yüzlərlə insan hökumətin pandemiya ilə bağlı məhdudiyyətlərinə etiraz olaraq şəhərin mərkəzi meydalarından birinə toplaşıb.

Polis icazəsiz aksiyanın dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Şərh yaz


Məxfi kod
Yenilə