Bazar, 17 Yanvar 2021 22:48

Türkiyə sahilində batan gəmi Ukraynanındır, amma...

Türkiyə sahilində batan gəmi Ukraynanındır, amma...

Qara dənizin Türkiyə sahillərində “Arvin” yük gəmisi batıb.

Axar.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, “Arvin” gəmisinin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

Rusiya mediası da gəminin Ukraynaya məxsus olduğu, amma heyət üzvləri arasında 2 Rusiya vətəndaşının olduğunu yazıb.

Türkiyə Sahil Təhlükəsizlik Xidməti dərhal hadisə yerinə xilasedicilər göndərib. İlkin məlumata görə, heyət üzvlərindən 6 nəfər xilas edilib, 4 nəfər isə ölüb.

Gəmidə 12 heyət üzvünün (10 ukraynalı, 2 rus) olduğu ehtimal edilir (bəzi mənbələrə görə 15 nəfər olub).

Ukrayna XİN xilas edilən 6 nəfərdən 5-nin ukraynalı, birinin isə “xarici vətəndaş” (güman ki, rusiyalı – red.) olduğunu təsdiqləyib.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, ilk yayılan məlumatda gəminin Rusiyaya məxsus olduğu bildirilmişdi.

 

Şərh yaz


Məxfi kod
Yenilə