Bazar, 17 Yanvar 2021 19:47

Yeni ildə fransızların etirazları davam edir

Yeni ildə fransızların etirazları davam edir

Şaxtalara baxmayaraq, Fransanın səksən şəhərində insanlar küçələrə axışıblar ki, bu ölkənin yeni təhlükəsizlik qanunu ilə öz müxalifətlərini ifadə etsinlər.

SəhərAzəri xəbər verir, Yeni ildə Fransa hökumətinin siyasətlərinə qarşı ilk nümayiş keçirilib.

Şaxtalara baxmayaraq, Fransanın səksən şəhərində insanlar bu ölkənin yeni təhlükəsizlik qanunu ilə öz müxalifətlərini ifadə etmək üçün küçələrə axışıblar. Onların əllərində polis tərəfindən öldürülmüş şəxslərin şəkilləri olubdur.

Fransa polisi bir daha gözyaşardıcı qaz işlətməyə və şəxsləri həbs etməyə əl atmaqla nümayişi qarşılmağa gedibdir.

Etirazçılardan biri deyir:  Bu, dörd il ərzində əllərindən gələni xalqın başına gətirən Makronun və makronizm cərəyanının sonu üçün bir başlanğıc nümayişdir.

Makron hökuməti iki ay öncə yeni təhlükəsizlik qanuna, xüsusən də onun 24-cü maddəsinə düzəliş etmək vədini vermişdi. Bu maddəyə əsasən, aksiyalar zamanı polis zorakılığını təsvirə almaq, cəzalanmaqla nəticələnəcəkdir.

Buhəftəki aksiya həmçinin Fransada kapitalizm quruluşunun siyasətlərinə qarşı 115-ci etiraz şənbəsi də sayılır.

Etirazçılar öz nümayişlərində bir növ cənab Makronun hökumətilə savaşın bərpa edildiyini elan ediblər. Bu hökumətin ömürünün sonuna isə bir ilə yaxın zaman qalır.

 

Şərh yaz


Məxfi kod
Yenilə