Bazar, 17 Yanvar 2021 16:57

ABŞ-da hakimiyyətin ötürülməsi üzrə təhlükəsizlik hazırlıqları davam edir

ABŞ-da hakimiyyətin ötürülməsi üzrə təhlükəsizlik hazırlıqları davam edir

Hakimiyyətin Co Baydenə ötürülməsi mərasiminə üç gün qalmış/ Amerikanın mühüm ştatlarında təhlükəsizlik tədbirləri və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin davam etməsinə baxmayaraq, bu ölkədə silahlı əmin-amansızlıqların baş verməsi ehtimalı ilə bağlı narahatlıqlar hələ də mövcuddur.

SəhərAzəri xəbər verir, milli qvardiyanın Vaşinqtona göndərilməsi davam edir. Konqresin ətrafı müxtəlif metodlarla hasarlanıb. Heç vaxt belə bir miqyasda belə bir şey görünməmişdi...

Vaşinqtondakı bu fəal yoxlama-buraxılış postları arasında Virciniya ştatından olan bir şəxs öz silahı, sursatı və hərbi avadanlıqları ilə həbs olunub. O, saxta şəxsiyyət vəsiqəsilə inaqurasiya mərasimində iştirak etməyi planlaşdırıbmış.

Deyəsən, çərşənbə gününə bir planı var imiş... İlk iş günləri üçün Baydenin planları/ müsəlmanların Amerikaya girişinə qoyulmuş qadağanı ləqv etmək fərmanı, Paris müqaviləsinə qayıdış və maskalardan istifadə haqqında məcburi fərman verməkdən ibarətdir... ki, təəssüflə, son 24 saat ərzində koronavirus və maskadan istifadə edilməməsi nəticəsində bu ölkədə 3400 nəfər həyatını itiribdir.

Baydenin ilk günlərinin iş proqramları arasında hələlik nüvə anlaşmasına qayıdış barədə bir söz deyilməyib və bir sənəd yayılmayıbdır.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosini Trampdan zərbə almış şəxs adlandırmaq lazımdır. O, konqresə qarşı hücumlar barədə təhqiqat üçün bu təşkilatda dörd komitə yaradıb. Deyibdir ki, bu komitələr eynilə on bir sentyabr hadisəsilə bağlı təhqiqat komitəsi kimidirlər. O, 2021-ci il altı yanvar hadisəsini 2001-ci il on bir sentyabr hadisəsinə bənzədibdir.

Bu gündən etibarən, ən çox nigarançılıqlar silahlı aksiyaların baş verməsi ehtimalı ilə bağlıdır. Bu şərait nəinki Vaşinqtonda, həm də bütün aparıcı ştatlarda görünür.

Şərh yaz


Məxfi kod
Yenilə