Bazar, 29 Noyabr 2020 20:53

Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb

Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb

Qəzney şəhərində bir əfqan hərbi bazasına qarşı terror hücumunda ölənlərin sayı 34 nəfərə çatıb.

SəhərAzəri xəbər verir, bu gün səhər bomba qoyulmuş bir avtomobil Əfqanıstanın şərqindəki Qəzney şəhərinin «Qəle Cuz» bölgəsində yerləşən bir hərbi bazada partlayıb. Nəticədə 34 nəfər ölüb, iyirmi nəfər isə yaralanıbdır.

Bundan öncə tələfatın miqdarı 21 nəfər elan olunmuşdu.

Xəstəxana mənbələri bildiriblər ki, ölənlər və yaralananlar əfqan təhlükəsizlik qüvvələrindəndirlər.

İndiyədək bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə