Bazar, 02 Avqust 2020 16:07

ABŞ-da həbsxanada qiyam olub

ABŞ-da həbsxanada qiyam olub

ABŞ-ın Corciya ştatının Uyaycross şəhərindəki həbsxanada məhkumlar qiyam törədiblər.

“Newsweek” internet saytının məlumatına görə, bu hadisələr zamanı həbsxananın iki əməkdaşı yaralanıb.

Həbsxanada iğtişaşlar şənbə günü yerli vaxtla axşam saat 22.40-da başlayıb. Cəzaçəkmə müəssisəsinin rəsmi nümayəndəsi hadisə barədə bunları deyib:

"İnsident nəzarət altındadır. İki əməkdaşımız yüngül yaralanıb, iki məhkum isə həyati təhlükəsi olmayan xəsarət alıb". 

Şərh yaz


Məxfi kod
Yenilə