Bazar, 02 Avqust 2020 15:50

Yunanıstan-Türkiyə gərginliyi

Yunanıstan-Türkiyə gərginliyi

Yunanıstan Türkiyəyə qarşı bütün ümidlərini sanksiyaya bağlasa, səhv addım atmış olar.

Axar.az xəbər verir ki, bu barədə yunan siyasətçi Toumazos Tsielepis ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyə və Yunanıstan eksklüziv iqtisadi zona məsələsində razılaşarsa, bu Kipr probleminin həllinə kömək edə bilərmi?” sualını cavablandıran siyasətçi bunların ayrı mövzu olduğunu söyləyib:

“Ancaq Türkiyə ilə Yunanıstan arasında gərginliyin azaldılması, Kipr mövzusunda dialoqun yenidən başlaması üçün daha əlverişli şərtlər yaradacaq. İki ölkə arasında münaqişə dialoq yolu ilə həll edilməlidir”.

Şərh yaz


Məxfi kod
Yenilə