Şənbə, 01 Avqust 2020 15:44

ABŞ-la YPG arasında neft sazişi

ABŞ-la YPG arasında neft sazişi

ABŞ şirkəti ilə YPG terror təşkilatı arasında imzalanan neft sazişinin təfərrüatı açıqlanıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı danışan YPG “rəsmisi” razılaşmanın ABŞ ordusunun bölgədə qalacağına təminat verdiyini deyib.

“ABŞ-a məxsus şirkətlə Suriya Demokratik Qüvvələri (SDQ) lideri Məzlum Kobani arasında Fəratın şərqindəki neft hasilatı ilə bağlı razılaşmanın əldə olunması Kürd Muxtar hökumətinin siyasi olaraq tanınması və ABŞ ordusunun bölgədə qalacağına təminat verilməsi deməkdir. Eyni zamanda, bu addım hökumətin nəzarətində olan Bəniyas və Xümsə neftin ötürülməsində vasitəçi rolunu oynayan “müharibə zənginləri” ilə əlaqəni kəsməyə töhfə verəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Trampa yaxınlığı ilə tanınan amerikalı senator Lindsi Qrehem bir neçə gün öncə Kobani ilə danışdığını açıqlayıb. L.Qrehem bildirib ki, Kobani ona ABŞ şirkəti ilə neft sazişi imzaladığını deyib. Senatorun sözlərinə görə, bu saziş bölgədəki hər kəsə kömək üçün ən yaxşı yoldur.

Şərh yaz


Məxfi kod
Yenilə