Cümə, 22 May 2020 20:56

BMT rəsmisi: “İsrail rejimi Qərbi Şəriyənin ilhaq planından əl çəkməlidir”

BMT rəsmisi: “İsrail rejimi Qərbi Şəriyənin ilhaq planından əl çəkməlidir”

BMT-nin Qərbi Asiya üzrə xüsusi koordinatoru, İsrailin rejiminə, Qərbi Şəriyəni ilhaq etmək planını həyata keçirmək təhdidlərindən imtina etməsi barədə xəbərdarlıq edib. İsrail rejiminin "İsrail Hiom" qəzetinin yazdığına əsasən, Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasının videokonfransındakı çıxışı zamanı sionist rejimin Qərbi Şəriyənı ilhaq etmək planını və bu planın həyata keçirməkdə davam etdiyi təhdidin beynəlxalq hüququn ən ciddi pozuntusu hesab edildiyini söyləyib. Parstoday

Fələstin səlahiyyətliləri bildirib ki, Qərbi Şəriyənin ilhaqı planı qüvvəyə minəcəyi təqdirdə, artıq mövcud olan təhlükəsizlik razılaşmalarına əməl olunmayacaq. Fransa və Almaniya sionist rejimin ilhaq planına qarşı çıxaraq, bunun Təl-Əviv ilə Avropa İttifaqı arasındakı münasibətlərin pisləşməsinə səbəb ola biləcəyini söyləyib. Aİ sionist rejimin İordan çayının qərb sahilinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı iddiaları təkzib etdi.

 Xatırladaq ki, sionist rejimi, iyul ayında İordan çayının qərb sahilinin 30%-dən çoxunu işğal altındakı ərazilərə ilhaq etməyi planlaşdırır. İsrail rejiminin bu qərarı bir çox ölkə tərəfindən təcavüzkar addım kimi qəbul edilərək, tənqid olunur.

Şərh yaz


Məxfi kod
Yenilə