Cümə axşamı, 21 May 2020 23:06

Liviyada general Həftər qüvvələrinin 4 zenit sistemi məhv edildi

Liviyada general Həftər qüvvələrinin 4 zenit sistemi məhv edildi

Liviyada Milli Razılaşma Hökumətinin (MRH) ordusu mayın 20-də döyüş PUA-larının general Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusunun (LMO) 4 Pantsir-S1 hava hücumundan müdafiə sistemini hədəfə aldığını açıqlayıb.SouthFront

MRH ordusu “Qəzəbli vulkan” əməliyyat otağının sözçüsü polkovnik Muhəmməd Qanuni sistemlərin 3-nün Tarhuna şəhərinin yaxınlığında, 4-cüsünün Əl-Vişka şəhəri yaxınlığında hədəfə alındığını söyləyib.

 Liviyanın Əl-Əhrar telekanalı Tarhuna yaxınlığında 2 Pantsir-S1 sisteminin məhv edildiyini göstərən bir video paylaşıb. Digər bir videonu da türklərə məxsus Clash Report səhifəsi paylaşaraq, üçüncü Pantsir-S1 sistemin qəsəbə yaxınlığındakı bir yolda vurulduğunu göstərir.

Media

Şərh yaz


Məxfi kod
Yenilə