Çərşənbə, 20 May 2020 22:40

Əfqanıstanda məscidə qarşı silahlı hücumda 10 nəfər həlak olub

Əfqanıstanda məscidə qarşı silahlı hücumda 10 nəfər həlak olub

Əfqanıstanın mərkəzindəki Parvan əyalətdə bir məscidə qarşı silahlı hücum edilib.Farsnews

Pərvan təhlükəsizlik işçiləri məsciddə baş verən atışmada ən azı 7 nəfərin həlak olduğunu bildiriblər.

 Pərvanın polis rəisi Harun Mübariz hücumun Çarikar dağının ətəyindəki Xalal Ziy kəndindəki bir məsciddə edildiyini təsdiqləyib.

 Parvan əyalətinin yerli rəsmilərinin bildirdiyinə görə, naməlum silahlılar dünən (19 may) gecə məscidə girib ibadət edənlərə atəş açıblar. Silahlı hücumda ən azı 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

 Bu arada bəzi məlumatlara görə, hücumda 9 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə