Çərşənbə axşamı, 19 May 2020 19:27

Liviyanın Milli Razılaşma Hökümətinin qüvvələri daha iki şəhərdə nəzarəti ələ keçirdi

Liviyanın Milli Razılaşma Hökümətinin qüvvələri daha iki şəhərdə nəzarəti ələ keçirdi

BMT və Türkiyə tərəfindən tanınan Liviyanın Milli Razılaşma Hökumətinin (MRH) qüvvələri ölkənin şimal-qərbindəki Tunis sərhədi yaxınlığındakı iki şəhərdə nəzarəti ələ keçiriblər.

 Farsnews xəbər verir ki, MRH-ə bağlı “Burkan Əl-Qəzəb” Əməliyyat Otağının Məlumat Mərkəzi bu gün (19 may) Tunis sərhədi yaxınlığındakı iki şəhərdə nəzarəti ələ aldıqlarını açıqlayıb.

 “Arab 21” saytının verdiyi məlumata görə, mərkəzin verdiyi açıqlamada hökumət qüvvələrinin Bədr və Tici şəhərlərini general Xəlifə Həftərə bağlı qüvvələrdən təmizləyib.

 Bəyanatda əməliyyatın təfərrüatları açıqlanmayıb və yalnız MRH qüvvələrinin hər iki şəhər sakinləri tərəfindən böyük coşqu ilə qarşılandığı bildirilib.

 Bu arada, MRH-a bağlı hava qüvvələrin Liviyanın şimalındakı Sirt şəhərinin cənubundakı general Həftər qüvvələrinin mövqelərinə dörd hava zərbəsi endirdiyi bildirilib.

Media

Şərh yaz


Məxfi kod
Yenilə