Bazar, 24 Mart 2019 11:32

Paris aksiyasında əllidən çox etirazçı həbs olunub

Paris aksiyasında əllidən çox etirazçı həbs olunub

Parisdə 19-cü şənbə aksiyasında sarı gödəkçəlilərdən əllidən çox etirazçı həbs olunub.

Aksiyaların qadağan olunmasına və polis qüvvələrinin küçələrdə yerləşmələrinə rəğmən, “sarı gödəkçəlilər” hərəkatının etirazçıları şənbə günü Parisin və Fransanın bəzi digər şəhərlərinin küçələrində aksiyalar keçirərək, Fransa prezidenti Emmanuel Makronun siyasətlərinə qarşı 19-cu etiraz həftəsini qeyd ediblər.

Fransa polisi bu həftə “sarı jiletlilər” hərəkatının etirazçılarına Parisin Şanzelize prospektində və digər şəhərlərin mərkəzi nöqtələrinin bir çoxunda aksiya keçirmək icazəsi vermədi. Bu səbəbdən, etirazçılar Parisdə Eyfel qülləsinin yaxınlığında aksiya keçiriblər.

Təhlükəsizlik qüvvələri aksiyaçılarla toqquşaraq, onlardan əlli bir nəfəri həbs edib, 29 nəfər də Şanzelize prospektində aksiyanın keçirilməsinə israr etməsinə görə cərimə edibdir.

Sarı jiletlilər Nis şəhərində də aksiyaların qadağan olunmasına rəğmən, küçələrə çıxıblar. Onlardan iyirmi nəfər polis qüvvələri tərəfindən həbs olunub.

Sarı jiletlilərin 2018-ci ilin 17 noyabrından başlanmış aksiyalarında on bir nəfər ölüb, iki min nəfərdən çox aksiyaçı yaralanıb, 8400 nəfər də həbs edilibdir.

Sarı gödəkçəlilər deyiblər ki, bu gün də öz aksiyalarını davam etdirərəcəklər.

Onlar Makronun istefa verməsini tələb edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə