Bazar, 24 Mart 2019 11:31

C.Koreya hökuməti növbədənkənar iclas keçirib

C.Koreya hökuməti növbədənkənar iclas keçirib

Cənubi Koreyanın prezident aparatı Şimali Koreya işçilərinin gözlənilmədən Kaye Sunq sərhəd sənaye kompleksində yerləşən iki Koreyanın əlaqə ofisindən çıxmalarının ardınca növbədənkənar iclas keçirib.

Seul başçıları bu iclasda rəsmi Pxenyanın öz işçilərini qəfil şəkildə iki Koreyanın əlaqə ofisindən çıxarmasından təəssüf ifadə ediblər.

Şimali Koreya bu ölkənin rəhbəri Kim Çen In-ın ABŞ prezidenti Donald Trampla Vyetnamın paytaxtı Hanoyda keçirdiyi müzakirələr uğursuz qaldıqdan sonra belə bir hərəkətə əl atıbdır.

Deyilənlərə görə, görünür, rəsmi Pxenyanın xəbərdarlıqlarını ciddi hesab etmiş Tramp da simvolik bir hərəkətdə detallara keçmədən Şimali Koreyaya qarşı bəzi yeni sanksiyaların ləğv edilməsindən xəbər veribdir.

Şərh yaz


Məxfi kod
Yenilə