Şənbə, 23 Mart 2019 21:46

Çin Amerikanın Tayvana silah satmasına etiraz edib

Çin Amerikanın Tayvana silah satmasına etiraz edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Pekin Amerikanın Tayvan adasına silah satacağını bildirməsinin ardınca rəsmi surətdə Vaşinqtona nota göndəribdir.

Gen Szuan bu gün Pekində müxbirlərə deyib: Çin Amerikadan istəyir ki, Tayvanla hər cür hərbi əlaqəni və ona hər bir formada silah satışını dayandırsın.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Pekin Amerika tərəfindən Tayvana belə silah yüklərinin satışı ilə qəti şəkildə müxalifdir və bu proseslə mübarizə aparacaqdır.

O, xəbərdarlıq edib: Amerikanın Tayvana dəstək verməsi bölgəni təhlükəyə salır və "Vahid Çin" prinsipinin pozulması hesab edilir.

Şərh yaz


Məxfi kod
Yenilə