Şənbə, 23 Mart 2019 21:32

Ağ Ev Maduronu devirmək istəyir

Ağ Ev Maduronu devirmək istəyir

Ağ Ev başçıları müxtəlif bəhanələrdən istifadə edərək, Venesuelanın daxili məsələlərinə müdaxilə etmək və bu ölkənin qanuni prezidentinə qarşı dövlət çevrilişi həyata keçirmək istəyirlər. Müstəqil ölkələr isə Vaşinqtonun bu hərəkətini yolverilməz hesab edirlər.

ABŞ prezidenti Ağ Evdə Braziliyalı həmkarı ilə görüşdə bir daha Venezuela əleyhinə təhdidlər səsləndirdi.

Vaşinqtonun Venesuela prezidentinə qarşı təxribatçılıqlarının davamında Tramp Birləşmiş Ştatlarda səfərdə olan Braziliya prezidenti Jair Bolsonaro ilə Karakasın daxili məsələlərini müzakirə edib.

 

Venesuela vətəndaşı: “Biz ABŞ-dan qorxmuruq. Biz kiçik və zəif bir ölkə deyilik. ABŞ bilməlidir ki, bu oyunun uduzan tərəfi onun özüdür.”

 

ABŞ Venesuela xalqına kömək etmək iddiasında olsa da, çərşənbə axşamı Karakas əleyhinə  yeni sanksiyalar tətbiq etdi. Venesuelada qızıl mədənlərinin istismarı ilə məşğul olan Minerven dövlət şirkəti Vaşinqtonun yeni sanksiyalarına şamil olunacaq.

 

Venesuela vətəndaşı: “Bu damarlarda Simon Bolivarın qanı axır. Biz, bütün təzyiqlərə baxmayaraq, müqavimət göstərəcək və imperializmə boyun əyməyəcəyik.”

 

Dəfələrlə Venesuelanın daxili məsələlərinə müdaxilədən çəkinməyə təkid edən Rusiya bir daha ABŞ-a hərbi müdaxiləyə dair xəbərdarlıq etdi.    

Rusiya hökuməti ABŞ-ın Venesuelanın daxili məsələlərinə müdaxilə etmək üçün humanitar yardımlar məsələsindən sui-istifadə etməsinə qarşıdır. Moskva eyni zamanda Vaşinqtonun Karakas əleyhinə sanksiyalarından nigaran olduğunu bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə