Şənbə, 23 Mart 2019 21:13

Fransada ölən evsizlərin sayı hər il artır

Fransada ölən evsizlərin sayı hər il artır

Ötən illərdə Fransada evsizlərin sayının sürətlə artması ictimai fəalları narahat etməyə başlayıb. Elə buna görə də onlar ölkə rəhbərliyini, məsul şəxsləri və ictimai dairələri məlumatlandırmaq və onların diqqətini bu problemə cəlb etmək üçün yeni kampaniya başladıblar.

2018-ci ildə 566 bomj Fransa küçələrində can verib. Bu rəqəm 2017-ci ildə 510 nəfər olub.

Bu insanların orta yaş həddi 48 olub. Önlardan 50-nin qadın olduğu bildirilir.

Ölənlər arasında 6-sı 5 yaşdan daha az olmaqla 13 uşaq da var. Müstəqil mənbələr isə Fransda ölən evsizlərin sayının açıqlanan rəsmi rəqəmlərdən 6 dəfə çox olduğunu bildirirlər.

 

Fransa vətəndaşı, evsiz: “Bu gecə harada gecələyəcəyimi bilmirəm. Qalmağa bir yer tapmasam 115-ə zəng etməli olacam. Amma, telefon daim məşğul olduğu üçün buna da çox ümid bəsləmirəm.”

 

İndi Fransada ümumi fikri artmaqda olan evsizlik problemi ilə məlumatlandırmaq üçün “insan olun” həştəqi ilə təbliğat kampaniyasına strat verilib.

 

Fransa vətəndaşı, ictimai aktivist: “Biz evsizlik probleminə laqeyd yanaşa bilmərik. Hökumət tərəfindən evsizlər üçün nəzərdə tutulmuş sığınacaqlar təcili yaranan ehtiyacları təmin edə bilmir.”

 

Fransanın Milli Statistika və İqtisadiyyat Araşdırmaları Mərkəzinin hesabatına əsasən 2001-2012-ci illərdə ölkədəki evsizlərin sayı 50 dəfə artıb. Sonrakı illərdə də bu rəqəm artmaqda davam edib. Hal hazırda sadəcə Parisdə 3641 evsiz var. Amma, Fransa rəsmiləri sanki bu problemə diqqət ayırmağa hələ ki, tələsmirlər.   

Şərh yaz


Məxfi kod
Yenilə