Cümə axşamı, 21 Mart 2019 19:27

Leyboristlər partiyası islamofobiyanı rəsmən tanıyıb

Leyboristlər partiyası islamofobiyanı rəsmən tanıyıb

İngiltərədə leyboristlər partiyası Yeni Zelandiya terror hadisəsinə reaksiyada və müsəlmanları himayə istiqamətində rəsmi şəkildə «islamofobiya» tərifini qəbul edib.

Qardian qəzeti bu haqda məlumat verir: Leyboristlər partiyasının icra komitəsi çərşənbə günü İngiltərə müsəlmanlarının partiyadankənar parlament qrupuna aid olan «islamofobiya» tərifini rəsmi şəkildə tanıyıbdır ki, beləliklə müsəlmanlar icması ilə həmrəylik ifadə etməklə yanaşı, islamofobiyanın vəziyyəti və onun nəhs nəticələri barədə daha yaxşı dərk təqdim etmiş olsun.

Bu tərifə əsasən, islamofobiya müsəlman olmağın bütün formalarını hədəfə alan irqçilyin bir növüdür.

Qardian yazıb: Bu tərif İngiltərə müsəlmanlarının partiyadankənar parlament qrupunun üzvləri ilə insan haqları fəalları, islami orqanlar, vəkillər və universitet müəllimləri arasında aparılmış altı ay məşvərət və ekspert işinin məhsuludur və 750-dan çox islami orqan, 80 universitet müəllimi və əlli parlament üzvü bu tərifə dəstək veriblər.

Şərh yaz


Məxfi kod
Yenilə